Latın Amerikasının "GeoPark Ltd" müstəqil neft -qaz şirkəti Kolumbiyada 34 saylı blokda yerləşən "Curucucu" yatağında neft kəşfinə imza atıb.
"İki sahil" epmag.com saytına istinadən xəbər verir ki, şirkət yatağın operatoru olmaqla yanaşı, burada 45 % payın sahibidir.
"GeoPark Ltd" hazırda yataqda 14600 fut dərinlikdə qazılan "Curucucu 1" kəşfiyyat quyusunun qazma işlərini tamamlayıb. Neftin aşkar olunduğu "Curucucu 1" quyusu "Quadalupe" formasiyasını hədəfə alıb və quyudan gündəlik 1700 barel neft hasil olunur. Şirkətin icraçı direktoru Ceyms Park Kolumbiyada qazılan 13 yeni neft yatağı arasında "Curucucu" yatağından daha uğurlu nəticə əldə etdiyini bildirib.
Qeyd edək ki, "Curucucu 1" quyusunda karbohidrogen təzahürləri də aşkar olunub.