09 may 2025 13:00
109

Moskvada faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə parad keçirilib

Rusiyanın paytaxtı Moskva şəhərindəki Qırmızı meydanda faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradı keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Rusiya Prezidenti Vladimir Putin çıxış edib, İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Rusiya Prezidenti paradı qəbul edib.

Rusiya Prezidenti Vladimir Putin və rəsmi qonaqlar - xarici ölkələrin rəhbərləri “Naməlum əsgər”in məzarını və “Əbədi məşəl” abidəsini ziyarət ediblər.