Rəsmi İslamabadın Hindistana qarşı genişmiqyaslı müharibəyə başlamaqdan başqa seçimi qalmayıb.
“İki sahil” xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib.
“Bizim bundan başqa variantımız yoxdur. Biz onlara eyni addımla cavab verməliyik”,- Asif Pakistan xəbər kanalına müsahibəsində bildirib.
Jurnalist “Müharibə qapımızdadırmı?” deyə soruşduqda o, bildirib: “Qətiyyən, buna heç bir şübhə olmamalıdır”.