Azərbaycan Pakistan və Hindistanı məsələni siyasi-diplomatik müstəvidə həll etməyə çağırır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Pakistan-Hindistan müharibəsində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır:
"Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bir ölkə digər dövlətin ərazisinə zərbələr endirirdi. Hər iki tərəfi məsələni siyasi müstəvidə həll etməyə çağırmışıq. Kimsə bizim bu mövqeyimizdən narazıdırsa, bir daha diqqətlə baxsın. Düşünürəm ki, mövqeyimizdə məntiqli bir yanaşma var".