11 may 2025 01:44
95

Roma Papası Rusiyanı “imperialist” adlandırıb

Roma Papası XIV Leo Rusiyanın Ukraynaya “imperialist” hərbi istilasını pisləyib.

“İki sahil” xəbər verir ki, bu barədə pontifik mayın 9-da Perunun “Semanario Expresión” nəşrinə müsahibəsində söyləyib.

Katolik Kilsəsinin yeni seçilmiş başçısı Leo müharibəni pisləyərək onu “Rusiyanın gücünü artırmaq məqsədilə ərazi ələ keçirməyə çalışdığı, mahiyyətcə imperialist xarakter daşıyan əsl istila” kimi səciyyələndirib.

“Kyiv Independent” yeni pontifikin Rusiya – Ukrayna müharibəsi haqqındakı bəyanatlarının sələfinkindən fərqləndiyinə diqqət çəkib. Belə ki, kilsənin keçmiş başçısı Fransisk müharibənin başlanğıcından bəri Rusiyanı təcavüzkar adlandırmayıb və Rusiya Prezidenti Vladimir Putini pisləməyib.

Xatırladaq ki, mayın 8-də Müqəddəs Taxt-Tacda keçirilmiş konklavın (seçki) ikinci günündə dördüncü səsvermə nəticəsində yeni – 267-ci Roma Katolik Kilsəsinin rəhbəri seçilmişdi.