Kiyev rəsmiləri cümə axşamı İstanbulda birbaşa danışıqların bərpası təklifinə reaksiyalarına görə, Rusiya prezidenti Vladimir Putinin bəyanatının stenoqramı ilə yaxşı tanış deyildilər.
“İki sahil” xəbər verir ki, bunu TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Kiyevin reaksiyasına görə, onlar Rusiya prezidentinin bəyanatının stenoqramını yaxşı oxumayıblar, nə də dünya siyasi xadimlərinin və media nəşrlərinin onu dəstəklədiyinə dair yüzlərlə şərhləri oxuyublar”, o qeyd edib.
Diplomat eyni zamanda qeyd edib ki, Rusiya lideri özünü çox aydın ifadə edib: “Əvvəlcə köklü səbəblərlə bağlı danışıqlar aparılsın, sonra atəşkəs haqqında danışmaq olar”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”