11 may 2025 18:33
156

Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb

Omanın paytaxtı Maskatda Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ətrafındakı böhranın nizamlanması üzrə danışıqların növbəti raundu başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edirlər.

Xatırladaq ki, ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə danışıqların ilk raundu aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə yenidən aprelin 26-da Maskatda baş tutub.