12 may 2025 09:13
97

Göyçayda kişi alça ağacından yıxılaraq ölüb

Göyçayda kişi bədbəxt hadisə nəticəsində ölüb.

“İki sahil” xəbər verir ki, 1975-ci il təvəllüdlü Bığır kənd sakini Şirinov Müşfiq Kamal oğlu ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılıb.

O, almış olduğu xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.