06 sentyabr 2017 19:47
476

Avtomobil benzini istehsalı 7,2 faiz artıb

Bu ilin yanvar-iyul aylarında Bakının neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1567,3 milyon manat olmaqla əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 8,4 faiz azalıb.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, neft məhsullarından avtomobil benzininin istehsalı 7,2 faiz, neft koksunun istehsalı 14,2 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 1,5 faiz, neft bitumunun istehsalı 21,1 faiz, sürtgü yağlarının istehsalı 3,8 dəfə artıb. Dizel yanacağının istehsalı 16,8 faiz, yanacaq mazutunun istehsalı 39,9 faiz, ağ neftin istehsalı isə 8,2 faiz azalıb.