Varşavada ticarət mərkəzinin yandırılmasında şübhəli bilinən şəxslərdən biri Litvada saxlanılıb.
“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ölkə prokurorunun mətbuat katibi Przemyslav Nowak məlumat verib.
Onun sözlərinə görə, “iki nəfərə qarşı ittiham irəli sürməyə imkan verən” bəzi dəlillər var. O, şübhəlilərin milliyyətini açıqlamayıb.
"Prokuror Litvada həbs edilmiş belə bir şəxsə qarşı ittiham irəli sürüb. Həmin şəxs artıq Litva hakimiyyəti tərəfindən Vilnüsdə IKEA mağazasını yandırmaqda ittiham olunub", - RİA Novosti onun sözlərindən sitat gətirib.