13 may 2025 12:17
100

Yeni tədris ili üçün Qarabağ Universitetinə 1400-dək tələbənin qəbulu proqnozlaşdırılır

Yeni tədris ili üçün Qarabağ Universitetinə 1300-1400 tələbənin qəbulu proqnozlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bununla da universitetdə təhsil alan tələbə sayı 2500-ə çatacaq.