13 may 2025 12:22
96

Son dörd ayda 150 minə yaxın şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin yanvar-aprel aylarında 148 min 881 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 44,1 min şəxs münasib işlərlə təmin olunub, 5,4 min nəfər isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Qeyd olunan dövrdə Agentlik tərəfindən 2,8 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 96,6 min şəxsə isə peşəyönümlü xidmətlər göstərilib.