13 may 2025 15:06
97

BANM ilə Vilnüs Texniki Universitetinin əməkdaşlıq imkanları müzakirə edilib

Vilnüs Texniki Universitetinin nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) səfərdə olub.

“İki sahil” xəbər verir ki, Beynəlxalq Araşdırmalar Mərkəzinin baş meneceri Viktoriya Plyuşkene, Fundamental Elmlər fakültəsinin dekanı Prof. Dr. Dalyus Majeyka və digər nümayəndələr öncə kampus turuna çıxaraq, BANM-ın tədris və tədqiqat infrastrukturu ilə yaxından tanış olublar.

Eləcə də BANM-ın Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova ilə keçirilən görüşdə universitetlər arasındakı qarşılıqlı əlaqələr barədə məlumatlar müzakirə edilib. Təhsil və tədqiqat sahələrində potensial əməkdaşlıq imkanları və gələcəkdəki birgə layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.