13 may 2025 17:16
108

Aİ Ukraynada atəşkəsə nail olunmayacağı təqdirdə...

Rusiyanın Ukraynada 30 günlük atəşkəsə razılıq verməməsi ilə əlaqədar ayrıca sanksiyalar paketinin qəbul edilməsi perspektivi qüvvədə qalır və müxtəlif variantlar nəzərdən keçirilir.

“İki sahil” "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın rəsmi nümayəndəsi Anitta Hipper brifinqdə bildirib.

"Rusiyaya təzyiqi artırmaq məqsədilə masada istənilən variantın olması üçün hər cür səy göstəririk. Biz şərtsiz atəşkəs tələb edirik, Ukraynaya dəstəyimiz sarsılmazdır", - o qeyd edib.

A.Hipper sanksiyalar üzərində işin məxfi xarakter daşıdığını deyib. O əlavə edib ki, Aİ Rusiyaya təzyiq göstərilməsi məsələsində amerikalı tərəfdaşlarla təmasdadır.