06 sentyabr 2017 16:48
328

Neftin qiyməti gələn il 45-55 dollar ətrafında olacaq

Neftin qiyməti 2018-ci ildə 45-55 dollar ətrafında olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, neftin bir barrelinin qiyməti bu ilin ikinci yarısında 50-60 həddində proqnozlaşdırılır. “Brent” markalı neftin bir barrelinin qiyməti isə gələn il 45-55 dollar civarında olacaq.