17 may 2025 16:16
98

Çin kommersiya raketi ilə orbitə 6 peyk çıxarıb

Çin “Zhuque-2EY2” kommersiya daşıyıcı raketi ilə orbitə 6 peyk çıxarıb.

“İki sahil” xəbər verir ki, raketin buraxılışı yerli vaxtla günorta saat 12:12-də Donfen pilot kommersiya kosmodromundan baş tutub.

Raketin istehsalçısı olan “LandSpace” şirkətinin açıqlamasına əsasən bu, “Zhuque-2” seriyasından 5-ci raket buraxılışı olub. “Zhuque-2E”nin dizaynı və mühərrikinin göstəriciləri sələfi “Zhuque-2”dən daha yuxarıdır. Yeni raket 4 ton yükü 500 kilometr yüksəkliyə qaldırmaq gücünə malikdir.