“Hesab edirəm ki, Azərbaycanla İran arasındakı münasibətlər yeni bir inkişaf mərhələsinə qədəm qoyub”, – o söyləyib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib.
Prezidenti köməkçisi münasibətlərin inkişafının əsas amillərini də açıqlayıb: “İran İslam Respublikasının hörmətli Prezidenti ağaye Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfərindən sonra hörmətli Prezidentimiz cənab İlham Əliyev və onların baş-başa, birlikdə apardığı müzakirələr, nümayəndə heyətləri səviyyəsində aparılmış müzakirələr İran – Azərbaycan əlaqələrinin inkişafına yeni bir təkan, yeni bir nəfəs verib. Bundan çıxış edərək, bizim İrandan olan həmkarlarımızla qarşımızda olan vəzifə ondan ibarətdir ki, bu əlaqələri daha da irəliyə doğru aparaq”.