Mingəçevirdə 58 yaşlı kişi ağacdan yıxılaraq ölüb.
“İki sahil” xəbər verir ki, bədbəxt hadisə şəhərin "Şəfa bağları" adlanan ərazisində olan həyət evlərindən birində baş verib.
Şəhər sakini Firdovsi Adıgözəlov həyətlərində tut yığmaq üçün çıxdığı ağacdan yıxılaraq yerə çırpılıb. Nəticədə F.Adıgözəlov həyatını itirib.
Faktla bağlı araşdırma aparılır