2024/2025-ci tədris ilinin yaz semestrində Bakı Ali Neft Məktəbində (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə mübadilə proqramı çərçivəsində təhsil almış Rumıniyanın Ploeşti Neft-qaz Universitetinin tələbələri – Antonio-Cosmin Spanu, Anca-Maria Maxim, Marian-Mihail Ionescu, Dominic-Patrick Bartha və Ionut-Vladut Culpean BANM-ın rektoru Elmar Qasımovla görüşüblər.
“İki sahil” xəbər verir ki, rektor Elmar Qasımov tələbələrin BANM-dakı təhsil və Azərbaycandakı həyat təəssüratları ilə maraqlanıb. Rumıniyalı tələbələr qazandıqları təcrübədən məmnun qaldıqlarını və BANM ailəsinində olmaqdan məmnun olduqlarını bildiriblər.
Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzunu 2025-ci ildə bp-dən iş təklifi alıb
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb - FOTO