19 may 2025 22:57
75

Nərimanov rayonunda şəhid ailəsi ziyarət olunub

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Qərib Baxşəliyevin qızı Cənnət Baxşəliyevanın doğum günü münasibətilə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və əməkdaşları şəhidin ailəsini ziyarət ediblər. 4 yaşını qeyd edən Cənnət Baxşəliyaya YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyevin səmimi ürək sözlərini və təbriklərini çatdırıblar. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.

“İki sahil” xəbər verir ki, bildirilib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, Nərimanov rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupuna aid insanlar lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.