Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində aparılacaq təmir-bərpa və quraşdırma işləri ilə əlaqədər olaraq 20.05.2025–ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Nizami küçəsinin, Ləhiş bağlarının, Maştağa qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin Suraxanı rayonu, Hövsan qəsəbəsinin O.Şabanov, E.Qasımov, R.Abdullayev, F.Bayramov, H.Quliyev, E.Məmmədov, İ.Əhlimanov, Dənizkənarı, Məktəbli, Bağça, İ.Məmmədov, Ş.Ziyadov, S,Qılmanov küçələri, Zeytun sovxozu, Quşçuluq, Sahil döngələri, Bağlar ərazisindəki istehlakçların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzunu 2025-ci ildə bp-dən iş təklifi alıb
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb - FOTO