20 may 2025 12:35
524

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları LƏĞV EDİR

Avropa İttifaqının xarici işlər nazirləri prezident Bəşər Əsəd dövründə Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğvi ilə bağlı razılığa gəlməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, Reuters bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa istinadla məlumat yayıb.

Bu gün o, Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Toplantıda digər məsələlərlə yanaşı, Suriya məsələsi də müzakirə olunacaq.

Ötən həftə Kallas Suriyaya qarşı sanksiyaların daha da yumşaldılacağını açıqlamışdı. Onun sözlərinə görə, bu, Suriyanın dövlətin yenidən qurulması və miqrasiya siyasəti ilə məşğul olan nazirliklərini maliyyələşdirməyə başlamağa imkan verəcək.