20 may 2025 13:15
574

Bloomberg: Rusiyanın Arktikadakı LNG zavodu daha bir xətti işə salır

Avropa İttifaqı və ABŞ-ın sanksiyaları altında olan Rusiyanın Arctic LNG 2 mayeləşdirilmiş təbii qaz zavodu inkişafını davam etdirir və artıq ikinci istehsal xəttini işə salıb.

“İki sahil” Bloomberg-a istinadla xəbər verir ki, yeni xətt Train 2 adlandırılıb və illik 6,6 milyon ton yük daşıma qabiliyyətinə malikdir.

Arctic LNG 2-də xammalın tam miqyaslı istehsalı 2024-cü ilin oktyabrında avadanlıq çatışmazlığı və tətbiq edilən sanksiyalar fonunda tələbatın azalması səbəbindən dayandırılmışdı.

Ötən yay zavod LNG-nin bir neçə partiyasını istehsal edib, lakin onların alıcısı olmayıb.