05 sentyabr 2017 21:02
529

ABŞ-da 10 dollara malikanə satılır

ABŞ-ın Nyu-Cersi ştatında XX əsrin əvvəllərinə məxsus malikanə satışa çıxarılıb.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, 1906-cı ildə retro stilində tikilmiş, bir neçə qonaq və yataq otaqlarına malik evin qiyməti cəmisi 10 dollardır. Ev sahibi müştərilər qarşısında bir sıra ağır şərtlər irəli sürdüyündən, simvolik qiymətə satılan evin alıcısı hələ də yoxdur.