05 sentyabr 2017 17:02
364

İspaniyanın təbii qaza olan tələbatı artıb

İspaniyanın təbii qaza olan tələbatı avqust ayında 18 faiz artıb. Avqustdakı artım 2008-ci ildən indiyədək İspaniyanın yay dövründə təbii qaza olan tələbatının maksimum göstəricisinidr.

AZƏRTAC xəbər verir ki, bu barədə İspaniyanın “Enagás” enerji şirkəti məlumat yayıb. Bildirilir ki, İspaniyanın təbii qaza olan tələbatı avqustda 25 min 100 min giqavat/saat təşkil edib. Bu, ötən ilin müvafiq ayı ilə müqayisədə 18 faiz çoxdur.

“Bu göstərici 2008-ci ildən indiyədək yay dövründə aylıq ən yüksək artım göstəricisidir”, - deyə “Enagás” bildirib.