Danimarka Parlamenti pensiya yaşını 2040-cı ilə qədər 70-ə qaldıran qanunu qəbul edib.
“İki sahil” xəbər verir ki, bu qərarla Danimarka Avropada ən yüksək pensiya yaşına malik ölkə olacaq.
Danimarka 2006-cı ildən etibarən pensiya yaşını gözlənilən ömür uzunluğuna görə müəyyən edir və bu yaş həddini hər beş ildən bir yenidən nəzərdən keçirir.
Hazırda 67 olan qanuni pensiya yaşı 2030-cu ildə 68-ə, 2035-ci ildə isə 69-a yüksələcək. Yeni qaydaya əsasən, pensiya yaşı 1971-ci il yanvarın 1-də və ya ondan sonra doğulan hər kəs üçün 70 olacaq.
Qanun cümə axşamı 81 lehinə və 21 əleyhinə səslə təsdiqlənib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Britaniyada parlamentə tarixdə ən çox namizədin qatıldığı əlavə seçkilər başlayıb