Azərbaycandan xarici bazarlara pomidor ixracının həcmi və dəyərində artım müşahidə olunub.
Kənd Təsərrüfatı Nazirliyindən "İki sahil"ə bildirilib ki, bu ilin ilk dörd ayı ərzində ölkəmizdən xarici ölkələrə 60 148,1 ton həcmində, ümumilikdə 74 732,0 min ABŞ dolları dəyərində pomidor ixrac edilib.
Yanvar-aprel aylarında həyata keçirilən pomidor ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz, dəyəri isə 5 faiz artıb.
Azərbaycandan xarici ölkələrə əsasən istixana şəraitində yetişdirilən pomidor sortları ixrac olunur.
İstixana təsərrüfatlarına marağın artması və istixanaların sayının çoxalması ixracın artmasına təsir edən əsas amillərdəndir. Xarici bazarlara pomidor ixracı intensiv şəkildə davam edir.
Bakı Fond Birjası və USACC 2026-cı il üçün əməkdaşlıq strategiyasını müzakirə ediblər
Bəzi məhsulların idxal və ixrac gömrük rüsumlarının qüvvədə olma müddəti uzadılıb
Şahin Mustafayev: "Tərtərçay" sağ sahil kanalında tikinti işlərinə başlanılacaq"