05 fevral 2016 20:25
1894

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start veriləcək

Fevralın 5-də Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, turun ilk matçı “Neftçi” ilə son altı oyunda qələbəyə həsrət qalan autsayder “Rəvan” arasında oynanılacaq. Çempionatın II dövrəsində öz meydanında gözlənilmədən “Rəvan”a uduzan “Neftçi” bu görüşdə həmin uğursuzluğun revanşını almağa çalışacaq.