Mayın 24-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) may ayı üçün 2003-cü ildən bəri ən yüksək temperatur qeydə alınıb.
“İki sahil” BƏƏ-nin Milli Meteorologiya Mərkəzinə istinadla xəbər verir ki, Suveyhanda (əl-Ayn) yerli vaxtla saat 13:45-də qeydə alınan ən yüksək temperatur 51.6 dərəcə Selsi olub.
Bildirilir ki, BƏƏ ərazisində indiyədək qeydə alınan ən yüksək temperatur 2010-cu ildə İliyasat adasında 52 dərəcə olub. Ümumiyyətlə, yaz mövsümü başlamamışdan əvvəl BƏƏ-də temperaturun son illərlə müqayisədə qeyri-adi dərəcədə yüksəldiyi müşahidə olunub.
“Əş-Şarq əl-Avsət” nəşri yazır ki, temperaturun 45 dərəcəyə çatdığı bu günlərdə Dubayda sürücülər avtomobillərində kondisionerlərin kifayət qədər sərinlik vermədiyini deyiblər.
Qətər XİN İran və Omanın Hörmüz boğazı ilə bağlı müsbət bəyanatlarını qeyd edib