05 sentyabr 2017 16:27
340

Almanlar dünyanın ən nəhəng “Süni günəş”ini yaradıblar

Almaniyanın Yulix şəhərinin aerokosmik mərkəzində (DLR) dünyanın ən böyük “Süni günəş”i yaradılıb.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, “Synlight” adı daşıyan üçmərtəbəli bu qurğu, 20x20 sm sahəlik bir nöqtəyə tuşlanan 150 ədəd 7 kilovatlıq lampadan ibarətdir. Alimlər bu günəşin köməyi ilə, təyyarələr və avtomobillər üçün ən ekoloji təmiz yanacaq vasitəsi sayılan hidrogenin, su buxarından ayrılma texnologiyasını öyrənmək istəyirlər. Böyük əziyyət hesabına başa gələn günəşin hazırlanmasına 3,5 milyon avro sərf edilib.