“Sanvu” tufanı cənubdan Yaponiyanın şərq sahillərinə yaxınlaşır.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, tufanın güclü külək və leysan yağışlar gətirəcəyi gözlənilir.
Yaponiya Mərkəzi Meteorologiya Agentliyinin məlumatına görə, siklonun mərkəzində havanın təzyiqi 970 qektapikselə bərabərdir və o, azalmaqda davam edir. Tufanın mərkəzində küləyin sürəti saniyədə 30 metrə, şiddətlə əsdikdə isə 40 metrə çatır.
Hazırda tufanın saatda 10 kilometr sürətlə şimal-şərq istiqamətində hərəkət etdiyi bildirilir. Meteoroloqların proqnozlarına görə, sentyabrın 1-də tufanın sürəti zəifləyəcək.