26 may 2025 16:50
521

Ukrayna inanır ki, ABŞ...

Ukrayna rəsmiləri əmindirlər ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemlərini satmağa razı olacaq, lakin onları yardım kimi göndərməyəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə "Washington Post" öz mənbələrinə istinadla məlumat yayıb.

Bu arada, Ağ Ev Ukraynaya əlavə "Patriot" göndərmək imkanının olmadığını bildirir.

Altı Ukrayna və Qərb rəsmisi nəşrə bildiriblər ki, Ukrayna Bayden administrasiyası zamanı göndərilən Patriot ehtiyatlarının tükənməsindən getdikcə daha çox narahatdır. ABŞ Dövlət Katibi Marko Rubio əlavə təchizat təmin etmək üçün dərhal potensialın olmadığını söyləyib. Lakin rəsmilər NATO müttəfiqlərini ehtiyatlarından sistemlər göndərməyə çağırıblar.