26 may 2025 17:27
502

Euractiv: Aİ ukraynalı qaçqınlara yardım proqramından çıxmağı müzakirə edir

Bağlı qapılar arxasında Aİ ölkələri ukraynalı qaçqınların hüquqi statusunu və onlara göstərilən yardım tədbirlərini tənzimləyən Müvəqqəti Müdafiə Direktivindən imtina strategiyasını müzakirə edir.

“İki sahil” xəbər verir ki,  bu barədə Euractiv mənbələrə istinadla məlumat yayıb.

Onların fikrincə, müzakirələrin bəzi iştirakçıları bu variantı “geosiyasi mənzərənin” dəyişməsi ilə izah edirlər.

Müvəqqəti Müdafiə Direktivi 2022-ci ildə ukraynalı qaçqınlara dəstək üçün müvəqqəti tədbir kimi tətbiq edilib. Direktivdə nəzərdə tutulur ki, Ukraynadan gələn vətəndaşlar Aİ ölkələrində yaşamaq və işləmək hüququna malikdir və həmçinin sosial xidmətlərə çıxış əldə edəcəklər. Sənədin müddəti sonuncu dəfə 2026-cı il martın 4-dək uzadılıb. Əvvəlcə proqramda müddətin uzadılması mümkünlüyü nəzərdə tutulmayıb.

Bu məsələnin Daxili İşlər və Ədliyyə Şurasının iyunun 12-13-də keçiriləcək iclasında müzakirəsi planlaşdırılır. Euractiv-in məlumatına görə, tədbirin bir il müddətinə uzadılması da nəzərdən keçirilir və bu müddət ərzində Aİ ölkələri proqramın tədricən dayandırılmasına hazırlaşacaqlar.