26 may 2025 17:50
514

Rusiya beş ölkəni Ukrayna ilə danışıqlar üçün uyğun hesab edir - Reuters

Rusiya Ukrayna ilə birbaşa danışıqlar aparmaq üçün platforma kimi 5 ölkəni nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə Reuters Rusiya mənbələrinə istinadla məlumat yayıb.

Qeyd edilir ki, bunlar Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Omandır.

Agentliyin həmsöhbətləri qeyd ediblər ki, Rusiya prezidenti Vladimir Putin ərəb dövlətləri və Türkiyəyə Ukrayna ilə münaqişənin həllində vasitəçi kimi çıxış etməyə hazır olduqlarına görə dəfələrlə təşəkkür edib.

Ona görə də onlar etiraf edirlər ki, göstərilən ölkələrdən birində danışıqların yeni mərhələsi baş tuta bilər. Mənbələr təsdiqləyib ki, Vatikanda danışıqlar baş tuta bilməz.