27 may 2025 09:09
463

WSJ: Tramp Rusiyaya qarşı əlavə sanksiyaları nəzərdən keçirir

ABŞ prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür və gələcəkdə gözlədiyi nəticələri görməyəcəyi təqdirdə danışıqlar prosesindən uzaqlaşmağı planlaşdırır.

İki sahil” xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Ağ Evin mətbuat katibi Caroline Leavitt qəzetə deyib: "Prezident Tramp danışıqlar yolu ilə sülh sazişi əldə etmək istədiyini açıq şəkildə bildirib".

WSJ-nin mənbələrindən birinə görə, mümkün sanksiyalara təkcə bank məhdudiyyətləri daxil olmayacaq, həm də Rusiya liderini danışıqlar masası arxasında güzəştə getməyə inandırmaq üçün şəxsən ona qarşı digər təzyiq tədbirlərini də əhatə edəcək.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Uilyam Teylor WSJ-yə deyib: "Onun dediklərindən (Tramp – red.) aydın olur ki, prezident Tramp (Rusiya prezidenti Vladimir - red.) Putini anlamağa çalışır. Sual olunur ki, o, ciddidir? Bu, bəzi addımlar atmaq, sanksiyalar tətbiq etmək üçün kifayət edəcəkmi?"

Daha əvvəl Tramp Rusiyanın Ukraynadakı hədəflərə kütləvi zərbələr endirməsi fonunda anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi imkanını nəzərdən keçirdiyini bildirmişdi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”