31 avqust 2017 14:43
455

Avqustda neftin qiyməti təxminən 9 faiz ucuzlaşıb

Neftin qiyməti ABŞ-da tüğyan edən “Harvi” qasırğası və artan istehsalın təsiri ilə avqustda təxminən 9 faiz geriləyib.

AZƏRTAC xəbər verir ki, ABŞ-da benzinin qiyməti 2013-cü ildən bəri maksimum bahalaşma göstərib. Neftin qiyməti isə “Harvi” tropik qasırğasından sonra neft emalı zavodlarının fəaliyyətini dayandırması nəticəsində ucuzlaşıb.

ABŞ-da “Motiva Enterprises LLC” şirkətinin “Port Arthur” neft emalı zavodu da daxil olmaqla ölkədəki neftayırma zavodlarının təxminən 23 faizi “Harvi” qasırğası səbəbindən fəaliyyətini dayandırıb.

Neftin qiyməti isə “Harvi” qasırğasının xam neft emalı prosesinin dayanmasına təsiri və OPEC-in neft hasilatının azaltmaq cəhdlərinə baxmayaraq investorlar tərəfindən artan təkliflə əlaqədar bu ay təxminən 9 faiz ucuzlaşıb.