31 may 2025 09:30
184

Qazaxıstanda güclü partlayış baş verib

Qazaxıstanda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

İki sahil” “Zakon.kz”a istinadla xəbər verir ki, gadisə mayın 30-da axşam saatlarında Jilyoy rayonunun Kulsarı şəhərindəki "Niet" yanacaqdoldurma məntəqəsində baş yük maşınından stasionar çənə qaz vurulan zaman baş verib.

Atırau vilayətinin Fövqəladə Hallar İdarəsinin rəisi vəzifəsini icra edən Nəzərəli Səlimov məlumat verib ki, qəza nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb: “Xəsarət alanlar arasında dörd uşaq da var. Onların hamısı rayon xəstəxanasına çatdırılıb: 4 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə göndərilib, 10 nəfərin müalicəsi davam etdirilir”.

Onun sözlərinə görə, hadisə nəticəsində 6 avtomobil yanıb, üç birmərtəbəli və bir ikimərtəbəli binaya ziyan dəyib: “Partlayışın əhatə etdiyi ərazi 400 kvadratmetr olub".

Məhərrəm Ağalaroğlu, “İki sahil”