31 may 2025 19:25
222

Şıx çimərliyi yaxınlığında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi yaxınlığında açıq sahədə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğın nəticəsində 1 hektar sahədə məişət və təkər tullantıları yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

***

Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın baş verib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.