İzmirin (Türkiyə) Əliağa rayonunda axşam saatlarında meşəlik ərazidə yanğın baş verib.
“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, yanğın saat 17:20 radələrində başlayıb.
Məlumata görə, havadan 1 təyyarə və 7 helikopter, 20 su tenderi, 6 su təchizatı maşını və qurudan 3 dozerlə qruplar alovu nəzarət altına almaq üçün çalışır.
Bölgədə küləyin təsirli olduğu və qrupların alovun sənaye zonasına yaxınlaşmasının qarşısını almaq üçün böyük səy göstərəcəkləri bildirilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Qətər XİN İran və Omanın Hörmüz boğazı ilə bağlı müsbət bəyanatlarını qeyd edib