Nigeriyanın şimalındakı Kano əyalətində avtobusun çaya aşması nəticəsində milli idman festivalından qayıdan azı 20 idmançı həlak olub.
“İki sahil” "Punch" qəzetinə istinadən xəbər verir ki, avtobusda 30 idmançı olub. Onlardan bəziləri xəsarət alıb.
Hadisənin onlar Oqun əyalətinin Abeokuta şəhərində keçirilən idman festivalından qayıdarkən Kur ərazisi yaxınlığında baş verdiyi bildirilir.
Axtarış-xilasetmə əməliyyatları davam edir.
Qətər XİN İran və Omanın Hörmüz boğazı ilə bağlı müsbət bəyanatlarını qeyd edib