Nigeriyanın Kano əyalətində avtobusun körpüdən aşması nəticəsində 22 idmançı həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə yerli "Daily Post" nəşri məlumat verib.
Qeyd olunub ki, idmançılar idman festivalından evə qayıdırdılar. Qəza zamanı avtobusda 35 idmançı olub.
Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Qətər XİN İran və Omanın Hörmüz boğazı ilə bağlı müsbət bəyanatlarını qeyd edib