Tailandın Phuket adasında yerləşən "Tiger Kingdom" zooparkında pələng, onunla şəkil çəkdirmək istəyən hindistanlı turisti yaralayıb.
“İki sahil” xəbər verir ki, zooparkda ziyarətçilərə heyvanlarla yaxın təmasda olmaq və onları sığallamaq imkanı verilir.
Hadisə zamanı pələng turistə hücum edib, lakin o, yüngül xəsarətlərlə xilas olub.
Hücum anı isə ətrafdakılar tərəfindən videoya çəkilərək sosial şəbəkələrdə yayılıb.