01 iyun 2025 20:47
182

Husilər İsrail hava limanına zərbə endirdilər

Yəmənin "Ənsarullah" (husilər) hərəkatının silahlı qüvvələri İsrailin Tel-Əviv şəhərində yerləşən Ben-Qurion (Lod) hava limanına raket zərbəsi endiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə husilərin rəsmi nümayəndəsi Yəhya Səria açıqlamasında bildirib.

O həmçinin qeyd edib ki, Yəmən silahlıları üç hədəfə pilotsuz uçuş aparatları ilə hücum ediblər.

"Raket qüvvələrimiz hipersəs ballistik raketdən istifadə edərək Yaffanın (Tel-Əviv) işğal olunmuş ərazisindəki Lod (Ben-Qurion) hava limanına hücum əməliyyatı həyata keçiriblər," - deyə o, husilərə bağlı "Əl-Məsirə" televiziyasında çıxış edib.