Polşada keçirilən prezident seçkilərinin ikinci turunda hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski qalib gəlir.
“İki sahil” xəbər verir ki, bu barədə seçki məntəqələri bağlandıqdan sonra “TVP İnfo”nun yaydığı “exit-poll”un nəticələrində göstərilib.
Hesablamalarına görə, Tşaskovski 50,3% səs toplayıb. Onun rəqibi, “Hüquq və Ədalət” partiyasının namizədi, Milli Yaddaş İnstitutunun rəhbəri Karol Navroçki 49,7% səs toplayıb.
Qeyd edək ki, Polşada keçirilən prezident seçkilərində səsvermə yekunlaşıb. Səsvemrə hüququna malik olan 29 milyonadək polşalı 13 namizəd arasından seçim edib.