02 iyun 2025 02:15
177

Ötən il rekord sayda əcnəbi Almaniya vətəndaşlığını alıb

Ötən il Almaniyada yaşayan rekord sayda əcnəbi vətəndaşlıq alıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Welt” nəşri məlumat yayıb.

Bildirilib ki, vahid statistikanın başladığı 24 il ərzində bu dəfə hər zamankından daha çox əcnəbi Almaniyada vətəndaşlığa qəbul edilib.

2024-cü ildə təxminən 200 min insan Almaniya vətəndaşı olub. Əsasən suriyalılar və türkiyəlilər vətəndaşlıq alıblar.