02 iyun 2025 08:18
573

Bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçiriləcək

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün bu gün İstanbuldakı Çırağan sarayında keçirilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyəti dünən axşam saatlarında İstanbula gəlib.

Rusiya tərəfindən nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edir.