30 avqust 2017 15:18
542

Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları azalıb

Ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir.

Bildirilir ki, keçən həftə ABŞ-da xam neft ehtiyatları 5,8 milyon barrel azalıb. Bazar proqnozları ehtiyatların 1,75 milyon barrel azalacağı istiqamətində idi. ABŞ-da benzin ehtiyatları hesabat həftəsində 476 min barrel artıb.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən bu gün açıqlanacaq.