“Azərbaycan–Özbəkistan: ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu keçirilib.
“İki sahil” xəbər verir ki, forumda Bakı Ali Neft Məktəbindən nümayəndəsi tədris və elmi işlər üzrə prorektor Sevda Zərgərova iştirak edib.
Tədbirə elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti, hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri qatılıb.
Forum çərçivəsində ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi və birgə elmi tədqiqatlar müzakirə olunub. BANM və digər Azərbaycan universitetləri ilə Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb.
Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzunu 2025-ci ildə bp-dən iş təklifi alıb
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb - FOTO