İndoneziya hakimiyyət orqanları işə qəbul üçün yaş həddi qoyulmasını rəsmən qadağan edib.
“İki sahil” xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Bildirilir ki, yeni qanun yaşından asılı olmayaraq vətəndaşların bərabər hüquqlarını təmin etmək və əmək bazarında ayrı-seçkilik hallarını aradan qaldırmaq üçün qüvvəyə minir.
Əvvəllər şirkətlər tez-tez 45 yaşdan yuxarı müraciət edənləri rədd edirdilər. Eyni zamanda, müəyyən yaşa çatmamış şəxsləri gənc hesab etmirdilər. İndi bu hallar qanun pozuntusu sayılacaq. İşəgötürənlər ayrı-seçkilik yaradan vakansiyaların dərcinə görə cərimələnəcəklər.
İndoneziya hökuməti hesab edir ki, gözlənilən ömür uzunluğunun artmasını nəzərə alaraq, yaş baryeri artıq insanın real işləmək qabiliyyətini əks etdirmir.