Donald Tramp administrasiyası keçən həftə Çinə Amerika mühərrikləri və bir sıra aerokosmik texnologiyaların tədarükünü dayandırmaq qərarına gəlib. Bu, Çin hakimiyyətinin bir sıra nadir torpaq mineralları və maqnitlərinin ABŞ-a ixracını dayandırmaq qərarına cavab olub.
“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qeyd edilir ki, ABŞ prezidentinin bu addımı Çinin özünün mülki təyyarəsini yaratmaq səylərini təhdid edir.